Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçılığı, "R.I.S.K Company", "HPE Azerbaijan" "Azercell Telekom", "TrendMicro", "Bestcomp Group" "Juniper" şirkətlərinin sponsorluğu və "Cisco" şirkətinin eksklüziv tərəfdaşlığı ilə "AZCLOUD Hackathon 2019" müsabiqəsi keçirilir.
Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Yarışmada iştirak bir çox mütəxəssislərə özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlərə istedadlı gəncləri öz komandalarına cəlb etmək imkanı yaradır. Qalib komanda üçün mükafat 10 000 AZN nəzərdə tutulub.
Qeydiyyat yarışmanın veb səhifəsində (www.h.azcloud.az) cari ilin 1 iyul tarixində başlanıb və 31 iyul tarixində başa çatıb. Bütövlükdə bu ay ərzində 59 komanda daxilində 240 iştirakçı öz namizədliyini irəli sürüb. Onlardan tapşırığı düzgün yerinə yetirən və qeydiyyat mərhələsində tələb olunan məlumatları tam şəkildə təqdim edən ilk 20 komanda yarışda iştirak üçün vəsiqə qazanacaq.
Yarışda iştirak edəcək komandaların adları avqustun 8-də yarışmanın rəsmi veb səhifəsi, sosial şəbəkədəki səhifələri və media vasitəsilə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, bu il "AZCLOUD Hackathon 2019" Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FİFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi məqsədilə hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaqlar.
Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək istəyənlər müvafiq elektron resurslarda yerləşdirilən məlumatları izləyə və paylaşa bilərlər:
Veb səhifə: https://h.azcloud.az/
Telegram community: https://t.me/H_Azcloud_Comm
Facebook: https://www.facebook.com/h.azcloud/
Facebook event: https://www.facebook.com/events/321974052068942/
YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM
Instagram: https://www.instagram.com/h.azcloud/
Telegram: https://t.me/h_Azcloud