Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB yeni baza stansiyaları qurur


RİTN Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması məqsədilə yeni baza stansiyaları qurmağa başlayıb.
Bu barədə İCTNews-ə açıqlama verən birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov yeni stansiyalardan birinin Mərdəkanda qurulacağını bildirib. Onun sözlərinə görə, nəzərdə tutulan avadanlıqlar “Huawei” şirkətindən alınıb və yaxın vaxtlarda CDMA stansiyasının da tutumunun 13 min nömrədən 20 min nömrəyə çatdırılması üçün işlərə başlanılıb.
Qeyd edək ki, BTRİB 511 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom”İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.




21/06/11    Çap et