Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyədə poçt sahəsi üzrə keçirilən beynəlxalq seminar başa çatıb
Türkiyənin Antalya şəhərində “Poçt sektorunda imkanlar və təhlükələr” mövzusunda keçiriləcək beynəlxalq seminar başa çatıb. Azərbaycandan “Azərpoçt”MMC-nin baş direktor müavini Sübhan Kazımov və şöbə müdiri Vüqar Əfəndiyevin qatıldığı tədbirdə Əlcəzair, Fələstin, İran, Makedoniya, Moldova, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis və s. ölkələrin nümayəndələri də iştirak edib.
Bundan başqa tədbirə Avropanın nüfuzlu özəl poçt şirkətlərinin nümayəndələri də qatılıb. Türk Poçt Müdiriyyətinin rəhbərliyi ilə 4-cü dəfə keçirilən beynəlxalq seminarda
- Poçt sektorunda modernləşmə və rəqabət, - Özəlləşdirmə,
- Poçt sektorunda müştəri tələbatının ödənilməsi,
- Bazar analizi,
- Texniki inkişafda xidmət çeşidinin artırılması,
- Poçt sektorunda təhlükəsiszlik və s. bu kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, seminarda iştirak edən Azərbaycan nümayəndələri poçt sektorumuzda aparılan islahatlar, qazanılan uğurlarla yanaşı, poçtun təhlükəsiz çatdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
17/11/11 Çap et