Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Virusların sayı 6 dəfə artıb
“Juniper Global Threat Center” tədqiqatına əsasən, son 4 ay ərzində “Android” platforması üçün ziyanverici əlavələrin sayı 472% artıb. Ekspertlər virusların dəqiq sayını bildirməsələr də, qeyd ediblər ki, onların 55%-ni müxtəlif istifadəçi informasiyasını toplayan proqram-casuslar təşkil edir.
Virusların digər hissəsini pullu nömrələrə qısa mətn mesajları göndərən SMS-troyanlar təşkil edirlər. “Juniper Global Threat Center”-dən belə qənaətdədirlər ki, ziyanverici əlavələrin çox sürətli yayılmasının əsas səbəbi “Google”-un “Android Market”-də proqramların yerləşdirilməsinə ciddi olmayan münasibətidir.
17/11/11 Çap et