Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağrını hiss edən və özünü bərpa edən robot “əl” hazırlanıb


Alimlər "Self Healing Soft Robotics" (SHERO) layihəsi çərçivəsində 3 milyon avro məbləğində robot "əl" hazırlayıblar. Sözügedən robot "əl" ağrını hiss edə, zədələri müəyyənləşdirə bilər, həmçinin özünü bərpa etmək qabiliyyətinə malikdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, bu ideya Kembric Universitetinin komandası tərəfindən düşünülüb və reallaşdırılıb. Alimlər tərəfindən işlənib hazırlanmış robot "əl" zədələri aşkar etmək və özünü bərpa etmək qabiliyyəti sayəsində minlərlə dollara qənaət edə bilər. Bu funksiya sənaye istehsalında işsizlik müddətini azaldacaq, hətta aradan qaldıracaq.

 

Layihənin elmi işçisi doktor Tomas Corc Turutelin yeni hazırlamaya böyük ümidlər bəsləyir. O, bu qurğunun modul və təkamül robot texnikasında faydalı ola biləcəyini hesab edir.

 

Emil Hüseynov






14/08/19    Çap et