Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin şirkətləri faylların simsiz paylaşımı üçün standart yaradırlar


Çinin üç ən böyük smartfon istehsalçısı ("Xiaomi", "Vivo" və "Oppo") öz qurğuları arasında faylların simsiz paylaşımı üçün yeni bir protokolun hazırlanması barədə razılığa gəliblər. "iPhone" smartfonlarda "AirDrop"un alternativi sayılan yeni həllin "Android" sisteminə əsaslanan xüsusi proqram təminatına quraşdırılması planlaşdırılır: "Xiaomi MIUI", "Oppo ColorOS" və "Vivo FuntouchOS".

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, qurğuların qoşulması üçün "Bluetooth" texnologiyasından istifadə edən yeni protokol məlumatların 20 MB/s-dək sürətlə ötürülməsini təmin edəcək. Yeni funksiyanın beta-versiyasını bu ayın sonunadək çıxartmaq planlaşdırılır. "Xiaomi" şirkətinin rəsmisi bildirib ki, digər istehsalçılar da bu layihəyə qoşula bilərlər.

 

Emil Hüseynov






20/08/19    Çap et