Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə ilk peykin orbitə çıxarılması üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti artırılacaq


Azərbaycanın ilk telekommuniksiya peyki "Azerspace"in orbitə çıxarılması, onun idarə olunması və istismarının planlaşdırılmasına 2012-ci ilin dövlət büdcəsindən 3,6 milyon manat ayırmaq planlaşdırılır. Bu barədə parlament komitələrində müzakirə olunan dövlət büdcəsinin gələn il üzrə layihəsində deyilir.

"2011-ci illə müqayisədə xərclər 75,3 faiz, yaxud 1,5 milyon manat artacaq", - 2012-ci il dövlət büdcəsi layihəsində deyilir. Vəsait "Azərkosmos" ASC-yə ayrılacaq. İlk peykin 2012-ci ilin sonunda orbitə çıxarılacağı gözlənilir.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək.

Bu gün Azərbaycan ölkənin ilk telekommunikasiya peyki olan "Azərspace"in buraxılışının maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayıb. Məbləği 116,6 milyon dollar olan kredit Azərbaycana "US Ex-Im" bankın zəmanəti ilə Fransanın "BNP Paribas" bankı tərəfindən ayrılıb. "Azerspace" peykinin ümumi istehsal dəyəri 120 milyon dollardır ki, bunun 15 faizi isə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Azerspace" peykinin buraxılış dəyəri 94 milyon manat təşkil edir ki, bunun 85 faizi kredit kimi Azərbaycana ayrılacaq. Vəsaitin yerdə qalan 15 faizi isə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Azərbaycan hökuməti 80 milyon dollar həcmində kreditin cəlb edilməsi ilə bağlı Fransanın "Sosiete Generale" və SMBC bankları ilə danışıqlar aparır, kreditin zəmanətçisi qismində isə COFASE ixrac-kredit agentliyi çıxış edə bilər.




18/11/11    Çap et