Mühəndislər insan gözündən daha üstün olan elektron linzalar hazırlayıblar
Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək obyektlərin şəkillərini onları insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar. Bu haqda universitetin saytında məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hightech.fm” saytına istinadən yazır ki, linza süni əzələlərin bərkidiliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm-dir.
Kiçik ölçülü nanostrukturların köməyilə yeni linza görünən işığın bütün spektrini bir nöqtədə toplamaq qabiliyyətinə malikdir. Bu, ona eynilə insan gözündə olduğu kimi real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir.
Yeni linza bəzi aspektlər üzrə insan gözünü üstələyir – məsələn, sözügedən linza insan gözü üçün əlçatmaz olan astiqmatizmə düzəlişlər edə bilər.
Tədqiqat müəllifləri məlumat veriblər ki, yaxın vaxtlarda yeni linzaların istehlak kameraları və cihazlarda tətbiq olunma ehtimalı son dərəcə azdır – ehtimal ki, yeni linzalar 10 il sonra istifadə ediləcək.
Emil Hüseynov