Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaşlı insanlara kömək edən süni intellektli robotlar təqdim edilib


Hündürlüyü 0,8 metr və çəkisi 15 kq olan robotlar smartfona quraşdırılmış proqram və ya sensor ekranın köməyi ilə idarə edilir. Robotlar yaşlı insanlarla söhbət edə, dərmanlar qəbul etməyi xatırlada, konsultasiyalar keçirə və ev işlərində kömək edə bilərlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, bundan başqa, robotlar telefondan istifadə edən bir çox yaşlı insanların üzləşdiyi problemləri aradan qaldırmaqla “Skype” vasitəsilə ünsiyyəti asanlaşdıra bilərlər. Robotlar, həmçinin otaq temperaturunu və işıqlanma dərəcəsini tənzimləyə bilərlər.

 

Həmçinin Stivi, Paro və Pillo adlı robotları dərmanları vaxtlı-vaxtında qəbul etməyi xatırlada bilərlər.

 

Emil Hüseynov






26/08/19    Çap et