Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar tərəfindən sağlamlığa dəyən zərərin azaldılması üsulları məlum olub


Alimlər smartfonlardan istifadə vaxtı sağlamlığa dəyən zərəri azaltmaq üsullarını müəyyənləşdiriblər. Bu barədə Malayziyanın Perdana Universitinin elmi işçi Erna Fariza Moxd Pul məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, keyləşmə, baş barmaq, bilək, boyun və kürək nahiyələrində ağrılar kimi simptompların qarşısını almaq üçün ilk növbədə elə smartfon satın almaq lazımdır ki, baş və şəhadət barmaqları ilə onun displeyinə toxunmaq mümkün olsun.

 

Bundan başqa, smartfonda mətn çap edərkən hər iki əlin barmaqlarından istifadə etmək daha yaxşıdır.

 

Pul, həmçinin bildirib ki, smartfonu sinə, çənə və ya göz səviyyəsində tutmaq lazımdır. Bu, boynu əyməyə deyil, olduğu vəziyyətdə saxlamağa imkan verir.

 

Emil Hüseynov






27/08/19    Çap et