Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Google” funksiyası internetdə informasiya axtarışını asanlaşdırır


“Google” şirkəti öz axtarış servisində internetdə lazımi informasiyanın axtarışını asanlaşdıran yeni funksiyanın sınaqlarına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Google” vasitəsilə informasiya axtarışında bir sıra istifadəçilər sorğuya görə saytlar açılan zaman səhifənin dərhal məqalədə cavabla birgə lazımi yerə yönəldilməsi, sonuncunun isə əlavə olaraq sarı rənglə göstərilməsi ilə rastlaşıblar. Qeyd olunan nümunələrdən məlum olur ki, açılan saytda 4K və 1440p formatı arasında fərq barədə sorğu verilən zaman mətndə təsvir ölçülərinin fərqinin göstərildiyi fraqment seçilir.

 

Qeyd etmək laızmdır ki, bu funksiya 2018-ci ildən mobil qurğularda bir sıra AMP səhifələrinin açılması üçün istifadə olunur. Lakin indi yalnız “Chrome” brauzerində işləyən yeni funksiyadan “Google” axtarış sisteminin fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasında da istifadə mümkün olub.

 

“Google” əməkdaşlarının sözlərinə görə, hazırda yeni funksiyadan istifadəçilərin 5 faizi yararlana bilər. Onun qlobal istifadəyə nə vaxt veriləcəyi barədə məlumat verilmir.

 

Nizam Nuriyev






27/08/19    Çap et