Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter mausunu əvəz edən cihaz təqdim edilib


“Swiftpoint” adlı kiçik şirkət istənilən yerdə kompüterlə işləmək üçün nəzərdə tutulmuş yığcam maus hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Tracpoint” adlı cihaz adi kompüter mausu və trekboldan ibarətdir və çox kiçik korpusa yığılıb, çəkisi 24 qr-dır.

 

Mausun korpusu elə işlənib hazırlanıb ki, onu üç barmaqla . Həmçinin onun sensoru istənilən səthlə işləyir.

 

“Tracpoint” cihazını, həmçinin təqdimatların keçirilməsində istifadə etmək olar. Virtual göstəriciyə çevrilə maus vasitəsilə slaydları dəyişdirmək, proqramları işə salmaq və başqa məsələləri yerinə yetirmək olar. Jestlərin sazlanması üçün qurğu “Windows” və “macOS” üçün proqram təminatı ilə birgə tədarük olunur.

 

Emil Hüseynov






27/08/19    Çap et