Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərdəkanda gələn il müasir abunə şöbəsi yaradılacaq


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın mərkəzi ilə yanaşı, ətraf kənd və qəsəbələrində sakinlərə göstərilən xidmət keyfiyyətinin artırılması, əlavə xidmətlərə çıxış imkanlarının yaradılması istiqamətində əlavə tədbirlər həyata keçirir.

Birlikdən verilən məlumata görə, bu istiqamətdə atılan addım kimi gələn ilin 1-ci rübündə Xəzər Telekommunikasiya Qovşağının ən müasir texnologiyalarla təchiz edilmiş yeni abunə şöbəsinin vətəndaşların istifadəsinə verilməsi gözlənilir.

Ən müasir xidmətlərin göstərilməsi üçün burada işçi personalına və müştərilərə əlverişli şərait yaradılacaq. Qeyd edək ki, BTRİB Yasamal, Xətai, Sabunçu və Nizami TQ-larda ən müasir tələblər səviyyəsində yeni abunə şöbələri yaradıb.




18/11/11    Çap et