Yeni “iPhone” modelləri sentyabrın 10-da təqdim ediləcək
“Apple” korporasiyası sentyabrın 10-da Stiv Cobs adına teatrda keçiriləcək tədbirə KİV üçün dəvətnamə göndərib. Tədbirin şüarı – “By innovation only” (“Yalnız yenilik") kimi səslənir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, tədbirdə təqdim ediləcək yeniliklər haqda məlumat verilməyib, ancaq adətən “Apple” məhz sentyabrın əvvəlində yeni smartfon və başqa yeniliklərini təqdim edir. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbiri “Apple.com” saytından canlı izləmək mümkün olacaq.
Cari ildə “Apple”ın yenidən 3 smartfon modeli təqdim edəcəyi gözlənilir. Smartfonlar 12 meqapiksellik selfi kamera (2018-ci ilin modellərində bu göstərici 7 meqapiksel olub), “TSMC”in istehsalı olan təkmilləşdirilmiş “A13” çipi, daha tutumlu batareya, “Lightning” əvəzinə “USB-C” portu, həmçinin ikitərəfli simsiz enerjidoldurma texnologiyası (başqa qurğuları enerji ilə doldura biləcəklər) ilə təchiz ediləcək.
Emil Hüseynov