“Redmi” şirkəti “RedmiBook 14 Enchanced Edition” noutbuklarının yenilənmiş modellərini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, noutbuklar Full HD təsvir ölçülü 14 düym diaqonallı ekran və parıltıya qarşı örtüklə təchiz olunub. Maksimal komplekt dəstli yeni qurğu ən yeni “Intel Core i7-10510U” prosessoruna malikdir. Qurğunun qrafik imkanlarına görə 2 giqabaytlıq “GDDR5” videoyaddaşlı “NVIDIA GeForce MX250” diskret qrafik adapteri məsuliyyət daşıyır.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni prosessorlardan istifadə əvvəlki nəsil modellərlə müqayisədə ümumi məhsuldarlığı 13 faiz artırmağa imkan verib. Akkumulyator tutumu qurğunun 10 saatadək fasiləsiz işini təmin edir, sürətli enerjidoldurma texnologiyası isə noutbukun batareyasını 35 dəqiqəyə 50 faiz enerji ilə doldurmağa şərait yaradır. Noutbuk iki “USB 3.0” portu, iki “USB 2.0” və bir “HDMI” çıxışı, eləcə də qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz edilib.
“Intel Core i5” prosessoru, 8 giqabayt operativ yaddaş və 256 giqabayt tutumlu bərk cisimli toplayıcıya malik konfiqurasiyanın qiyməti 560 dollar, 512 giqabaytlıq bərk cisimli toplayıcı ilə təchiz olunan modelin isə 630 dollar təşkil edəcək. Bundan başqa, “Intel Core i7”, 8 giqabaytlıq operativ yaddaş və 512 giqabaytlıq bərk cisimli toplayıcı əsasında qabaqcıl modifikasiyanın qiyməti 700 dollara bərabər olacaq.
Sentyabrın 6-dan etibarən satışa çıxarılacaq “RedmiBook 14 Enchanced Edition” noutbukları alıcılara tünd boz, çəhrayı və gümüşü rənglərdə təklif olunacaq.
Nizam Nuriyev