Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play” kataloqunda 1,5 milyon yükləmə sayına malik iki zərərverici proqram aşkar edilib


“Symantec” antivirus istehsalçısı tərəfindən “Google Play” kataloqunda aşkar edilmiş iki zərərverici proqram 1,5 milyon dəfədən çox yüklənilib. Bu proqramlarda reallaşdırılmış yeni texnologiya istifadəçidən xəbərsiz reklam elanlarına gizli klik etməyə imkan verib. Nəticədə onların mobil qurğularının şarjı tez qurtarırdı.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, söhbət qeydlər üçün “Idea Note” və məşqlər üçün “Beauty Fitness” proqramlarından gedir. “Symantec”in xəbərdarlığından sonra həmin proqramlar “Google Play”dən silinib.

 

Emil Hüseynov






30/08/19    Çap et