Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Twitter”in direktorunun səhifəsinə müdaxilə ediblər


“Twitter” sosial şəbəkəsinin baş direktoru Cek Dorsinin hesabına müdaxilə edilib. Hakerlər irqçi və dini təhqir edən bir neçə tvit dərc etməyə, həmçinin şirkətin qərargahına bomba qoyulması haqqında post yazmağa imkan tapıblar. Bu haqda “The Guardian” qəzeti yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki,, “Twitter”in nümayəndələri müdaxilə haqqında xəbərdar olduqlarını bildiriblər, bundan başqa hadisə ilə bağlı yoxlama aparılır. Nəşrin məlumatına görə, təhqiredici mesajlar dərc edildikdən 30 dəqiqə sonra silinib.
 
"Biz belə təhdidlərə ciddi önəm veririk. Biz bu təhlükəni araşdırdıq və təsdiq edə bilərik ki, həqiqətə uyğun deyil" – şirkətin nümayəndələri partlayıcı qurğu haqqında mesajla bağlı deyiblər.
 
Emil Hüseynov





31/08/19    Çap et