Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Iphone” üçün yeni xidmət kömpüter təliminin köməyi ilə şəkillərin keyfiyyətini yaxşılaşdıracaq


“Halcyon Products” startapı “iPhone” ilə çəkilmiş şəkillərin keyfiyyətinin yüksəldilməsi üçün “NeuralCam” xidmətini təqdim edib. Sözügedən xidmət kompüter təlimindən istifadə edir. Bu haqda “Venture Beat” dərgisi yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “NeuralCam” xidməti müxtəlif ekspozisiya səviyyələrində çəkilmiş bir neçə şəkli birləşdirmək xüsusiyyətinə malikdir. Yeni xidmət zəif işıqlandırma zamanı çəkilmiş şəkillərin işlənməsinə hesablanıb. “Google Pixel” kamerası eyni cür işləyir.
 
Şəkillər 10 milyon şəkil üzərində öyrədilmiş neyron şəbəkəsi tərəfindən emal edilir. Həmçinin şəkillərin işlənməsi xidmətin daxilində həyata keçirilir, məlumatlar proqramın serverlərinə göndərilmir.

Emil Hüseynov





31/08/19    Çap et