“NetMarketShare” xidmətinin məlumatına əsasən, “Windows 10” sisteminin idarəetməsi altında işləyən kompüterlərin sayı ilk dəfə 50%-i ötüb.
2019-cu ilin avqust ayının nəticəsinə görə, dünyada mövcud fərdi kompüterlərin 50,99%-nə “Windows 10” sistemi quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Windows 7” platformasının bazar payı bir ayda 31,83%-dən 30,34-dək azalıb, 5,95% göstəriciyə malik “Mac OS X 10.14” sistemi əməliyyat sistemlərinin reytinqində üçüncü olub.
“StatCounter” xidməti, həmçinin “Windows 10” sisteminin liderliyi barədə məlumat verib.
2020-ci ilin yanvarında “Windows 7” əməliyyat sisteminin dəstəyi dayandırılır və “Microsoft” korporasiyası istifadəçilərə 900 milyondan çox qurğuya quraşdırılmış yeni “Windows 10” sisteminə keçid haqqında xatırlatmağa davam edir.
Emil Hüseynov