“Check Point Research” şirkətinin ekspertləri “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlarda boşluq aşkarlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Telecom Daily” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, kritik boşluq hakerlər üçün qurğu istifadəçilərinin elektron poçtuna daxil olmağa imkan verir.
“Check Point Research” tədqiqatçılar qrupu “Samsung”, “Huawei”, “LG”, “Sony” istehsalçılarının smartfonlarında və “Android” sistemli digər qurğularda boşluq aşkarlayıb. Bu səhv istifadəçiləri təkmilləşdirilmiş fişinq hücumları qarşısında müdafiəsiz qoyur”, – ekspertlər qeyd edib.
Analitiklərin fikrincə, hakerlər özlərini rabitə operatoru kimi təqdim etmək və istifadəçilərə saxta bildirişlər göndərmək üçün boşluqdan uzaqdan istifadə edə bilərlər.
Bildirilir ki, dünyada “Android” sistemli istənilən telefon zərərli SMS bildirişinin qurbanı ola bilər. Bu fişinq hücumu forması üçün daha həssas isə bir sıra “Samsung” smartfonları hesab olunur.
Nizam Nuriyev