Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəli virus yüz minlərlə “Android” istifadəçisinin yazışmasını ələ keçirib


Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər "Joker" adlı yeni təhlükəli troyan virus aşkar ediblər. "BleepingComputer" nəşri yazır ki, sözügedən troyan "Google Play" mağazasında əlçatan olan 24 proqramda aşkar edilib. Yoluxdurulmuş proqramların ümumi yükləmə sayı 472 min olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, troyan yoluxdurulmuş cihazlara zərərverici proqram təminatının yüklənməsi üçün nəzərdə tutulub. Troyan qurbanın qurğusu haqqında informasiya toplayır, onun kontakt siyahısı və mətn mesajlarını köçürür. Əldə edilmiş məlumatlar şifrlənmiş formada cinayətkarların serverlərinə göndərilir.

 

Həmçinin mexanizm istifadəçini premium-xidmətlərə abunə etdirir.

 

Təhlükəli proqram əsasən ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan istifadəçilərini hədəf alıb.

 

"Google" artıq rəsmi proqramlar mağazasından virusa yoluxdurulmuş bütün proqramları silib.

 

Emil Hüseynov






06/09/19    Çap et