Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlin ən populyar smartfonu açıqlanıb


“IHS Markit” tədqiqat şirkəti 2019-cu ilin birinci yarısı üçün ən populyar smartfonlar siyahısını dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, hesabat dövründə ən populyar smartfon ötənilki “iPhone XR” modeli olub. İlin birinci və ikinci rübündə bu qurğunun tədarükü 13,6 milyon və 13,3 milyon olmaqla 26,9 milyon təşkil edib.

 

Liderdən xeyli fərqlə ikinci yerdə yarım ildə tədarük həcmi 13,4 milyon ədəd təşkil edən “Galaxy A10” smartfonu qərarlaşıb. Liderlər üçlüyünü 12 milyonla “Galaxy A50” modeli tamamlayıb.

 

“Xiaomi” şirkətinin ən populyar smartfonu kimi beşinci yeri tutan ucuz “Redmi 6A” modeli seçilib. Sonrakı pillədə “Redmi Note 7” yer alıb. Çin brendinin hər iki qurğusu 10 milyon tirajla satılıb. Onluqda Çin şirkətinə məxsus daha bir model tədarük həcmi 9,7 milyon ədədə bərabər “OPPO A5” olub.

 

Nizam Nuriyev






09/09/19    Çap et