Dünyanın ən böyük sferik radioteleskopu ilə işləyən Çin astronomları təkrarlanan sürətli radio siqnallar (Yer kürəsindən təxminən 3 milyard işıq ili məsafəsində yerləşmiş mənbədən gələn müəmmalı siqnallar) qeydə alıblar. Bu haqda "Sinxua" agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "siqnallar dünyada 500 metrlik aperturaya malik ən böyük sferik radio teleskopu tərəfindən qəbul edilib, diqqətlə yoxlanılıb və təhlil edilib" – agentlik Çin Elmlər Akademiyasının yanında astronomik rəsədxanalarında işləyən mütəxəssislərin bəyanatından sitat gətirib.
FAST teleskopu kimi tanınan 500 metrlik aperturaya malik sferik radioteleskop Çinin cənubunda yerləşən Quyçjou əyalətinin dağlarında quraşdırılıb.
Emil Hüseynov