Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fənər üçün “Android” tətbiqləri həddən artıq çox giriş tələb edir


"Android" sistemli qurğuların işıqlandırmasını fənərə çevirən tətbiqlər smartfonların müxtəlif funksiya və məlumatlarına giriş üçün 77-dək icazə tələb edir. Bu haqda "apklab.io" təhdidlərin təhlili xidməti ilə birgə aparılmış araşdırmanın nəticəsinə görə "Avast" antivirus şirkəti məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssislər "Google Play Store" tətbiqlər mağazasında fənərlər üçün 937 proqram araşdırıblar. Hesabatda deyilir ki, 408 proqram 10-dək, 267 proqram 11-dən 49-dək və 262 proqram 50-dən 77-dək icazə tələb edir.

 

Emil Hüseynov






10/09/19    Çap et