Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlərdəki fləş daşıyıcıları nazik hibrid vinçesterlə əvəz ediləcək
Elm, texnika və tədqiqatlar (ASTAR) agentliyinə daxil olan Sinqapurun Verilənlərin Saxlanılması İnstitutunun (Data Storage Institute, DSI) mütəxəssislərinə qalınlığı cəmi 2,5 düym olan sərt disk hazırlamaq müyəssər olub. Hal-hazırda 2.5 form-faktorlu ən nazik sərt disklər təxminən 7 mm qalınlığa malikdir.
Sinqapur mühəndislərinin hazırladığı məmulatın sirri 4mm qalınlığında olan şpindel elektrik mühərrikidir. Şpindelin fırlanma sürəti 5400 və ya 7200 dövr/dəq təşkil edə bilər.
“DSİ” nazik vinçesterləri əlavə fləş yaddaş modulu ilə təchiz etməyi təklif edir. Belə hibrid daşıyıcılar ənənəvi sərt disklərlə müqayisədə daha yüksək sürət və sərf edilən enerjinin 30%-ə qədər azalmasını təmin edəcək.
5 mm qalınlığında olan vinçesterlərin planşet kompyuterlərdə fləş daşıyıcıları əvəz edə biləcəyi gözlənilir. Disklərin kütləvi istehsalının başlanğıc müddəti dəqiqləşdirilməyib.
18/11/11 Çap et