2019-cu ilin birinci yarısında “Apple” kompüterlərinin istifadəçilərinə qarşı təxminən 6 milyon fişinq hücumu qeydə alınıb. "Kasperski Laboratoriyası”nın məlumatına görə, belə hücumların 12%-i korporativ müştəriləri hədəf alıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, “macOS” istifadəçilərinin daxil olduqları səhifələr əksər hallarda (40%) bank xidmətləri kimi maskalanır. Təxminən hər beşinci saxta səhifə hansısa tanınmış qlobal internet portalını, hər səkkizinci səhifə sosial şəbəkələri təqlid edirdi.
"Kasperski Laboratoriyası"nın proqnozuna görə, 2019-cu ildə “Apple” kompüterlərinin istifadəçilərinə qarşı fişinq hücumlarının ümumi sayı 16 milyondan çox təşkil edəcək.
Emil Hüseynov