Belə görünür ki, yaxın gələcəkdə avtomobil sahibləri öz maşınının rəngini dəyişdirmək üçün avtomobil xidmətinə müraciət etməli olmayacaqlar. İdarə panelində yerləşdirilmiş xüsusi düyməyə sıxmaqla avtomobil bir neçə saniyə ərzində buqələmun kimi yeni rəngə boyanacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, Massaçusets Texnologiya İnstitutunun alimlər komandası proyektor və ultrabənövşəyi şüanın köməyi ilə istənilən səthdə istənilən şəkli "çəkmək" qabiliyyətinə malik "proqramlaşdırılan mürəkkəb" ixtira ediblər.
Alimlər işığa reaksiya verən göy, tünd qırmızı və sarı boyaları birləşdirərək "PhotoChromeleon" adlandırılmış xüsusi sprey hazırlayıblar ki, onu da istənilən səthdə istifadə etmək mümkündür. UF-proyektor obyektin səthində lazımi rəng kombinasiyasını "proqramlaşdırır", bu proses 15-40 dəqiqə çəkir.
Emil Hüseynov