Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Libra” kriptovalyutası Avropada qadağan edilib


Fransa və Almaniya hökumətləri "Facebook"un "Libra" adlı  yeni kriptovalyutasını blok edəcəklərinə dair birgə bəyanat veriblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Fransanın maliyyə naziri Bryuno Le Mer deyib ki, "Facebook"un yeni kriptovalyutası Avropa ərazisində blok edilməlidir. O, bu valyutanın ölkələrin müstəqilliyinə təsir etməsindən və maliyyə risklərinə səbəb olmasından narahatdır. Almaniya hökuməti də bu bəyanatı dəstəkləyib.
 
Bildirək ki, "Facebook" sosial şəbəkəsi 2019-cu il iyunun 18-də "Libra" kriptovalyutasını təqdim edib. "Libra" valyutasının elanı investorların kriptovalyuta sferasına marağını geri qaytarıb: son iki həftə ərzində "Bitcoin"in məzənnəsi 13 min dollaradək yüksəlib.
 
Emil Hüseynov




16/09/19    Çap et