Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub


Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını dünyanın ən populyar smartfonu elan ediblər. Cari ilin birinci yarısında bu modelin tədarük həcmi 30 milyona yaxın olub ki, bu da ən yaxın rəqibinin nəticəsindən 2 dəfə çoxdur. Bu haqda “IHS Markit” analitik şirkətinin bu yaxınlardakı araşdırmasına istinadən “CNET News” nəşri məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, müqayisə üçün, mütəxəssislər tərəfindən populyarlığa görə “iPhone XR”dan sonra ikinci yerə layiq görülmüş “Samsung Galaxy A10” modelinin tədarük həcmi 13,4 milyon təşkil edib. Reytinqin üçüncü pilləsində, həmçinin Cənubi Koreya şirkətinin “Galaxy A50” modeli yerləşib.
 
İlk onluqda “Apple”ın 4, “Samsung”un isə 3 smartfonu yerləşib.
 
Emil Hüseynov




16/09/19    Çap et