Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” standartını istifadəyə verib


“Wi-Fi 6” standartının istifadəyə verilməsi internetə qoşulma sürətini 40% yüksəldəcək. Bu haqda sentyabrın 16-da “Wi-Fi Alliance” təşkilatının “Twitter” hesabında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Wi-Fi 6” standartı Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu tərəfindən hazırlanıb. Texnologiya 2,4 və 5 QHs tezlik diapazonlarında işləyir ki, bu da məlumatların yüksək sürətlə ötürülməsini təmin edir.
 
“Wi-Fi 6” standartı, həmçinin “OFDMA” texnologiyasını (uyğun routerlərə məlumatları bir neçə müştəriyə sinxron translyasiya etməyə imkan verən çoxsaylı giriş) dəstəkləyir.
 
Məlumata görə, “Samsung Galaxy Note10” aparatı yeni standartı dəstəkləyən ilk smartfondur.
 
“Wi-Fi Alliance” simsiz “Wi-Fi” avadanlığının bütün əsas istehsalçılarını, 320-dən çox şirkəti birləşdirən təşkilatdır. Təşkilat “Wi-Fi” şəbəkələri standartlarını (IEEE 802.11 spesifikasiyaları) və lokal simsiz şəbəkələrin qurulması metodlarını işləyib hazırlayır.
 
Emil Hüseynov




17/09/19    Çap et