Populyar routerlərdə ciddi boşluqlar aşkar edilib
Populyar ev və korporativ marşrutlayıcı modelləri, həmçinin “Əşyalar interneti” qurğularında cinayətkarlara bu avadanlıqlara uzaq məsafədən müdaxilə etməyə imkan verən boşluqlar aşkar edilib. Bu haqda kibertəhlükəsizliklə məşğul olan “Independent Security Evaluators” (ISE) tədqiqat şirkətindən məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, hələ 2013-cü ildə bu ekspertlər “Belkin”, “TP-Link”, “ASUS” və “Linksys” kimi istehsalçıların 13 “Wi-Fi” router modeli və NAS qurğularında 53 boşluq aşkar etmişdilər.
2019-cu ilin sentyabrında elan edilmiş yeni məlumatlara əsasən, 13 “Əşyalar interneti” qurğusu və marşrutlayıcısında təhlükəsizliklə bağlı aşkar edilmiş boşluq və problemlərin sayı 2 dəfə (125-dək) artıb. Bu, milyonlarla qurğunu təhlükə qarşısında qoyur.
Emil Hüseynov