“Huawei Mate 30” smartfonu nümayiş olunub
Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Riafan
www.riafan.ru” resursuna istinadən yazır ki, “Huawei Mate 30” modeli 2340x1080 pikselli 6,62 düym diaqonallı düz “AMOLED” ekranla təchiz edilib. Operativ yaddaş tutumu 6-8 giqabayt arasında dəyişir, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Akkumulyator tutumu 4200 milliamper/saata bərabərdir. Bundan başqa, qurğu sifətin tanınması funksiyasına, eləcə də akkumulyatorun sürətli enerji ilə doldurulma imkanına malikdir.
Smartfonların istehsalı ilə məşğul olan “Huawei CBG” bölməsinin rəhbəri Riçard Yu “Forbes” jurnalistlərə müsahibədə bildirib ki, qabaqcıl Çin modeli akkumulyator tutumuna, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnalının qəbulunun sürətinə görə rəqibləri üstələyir. Bu məqsədlə smartfona 14 antena quraşdırılıb.
“5G” dövrü smartfon texnologiyası barədə yenidən düşünməyə imkan verir, “Mate 30” modeli isə mümkün sərhədləri n yaxşı şəkildə müəyyənləşdirir”, – bölmə rəhbəri vurğulayıb.
“Huawei Mate 30” smartfonunun əsas versiyasının qiyməti 799 avro, “5G” şəbəkəsini dəstəkləyən modelin isə 1099 avro təşkil edir. Hazırda yeni qurğunun hansı ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.
Təqdimatda, həmçinin “Google Play” mağazasına rəqib olacaq “App Gallery” servisinin nümayişi olub.
Nizam Nuriyev