Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni poçt şöbələri istifadəyə veriləcək
Regionlarda daha da modern üslubda - korporativ poçt şöbələrinin tikintisinə başlanılıb. Bu günlərdə Göyçayın Ləkçılpaq və Ərəbcəbirli kəndlərində, Samuxun Poylu və Yenikənd və Bakının Xocasən qəsəbəsində yeni poçt şöbələrinin vətəndaşların istifadəsinə verilməsi gözlənilir.
Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.
19/11/11 Çap et