Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” Avropa məlumat emalı mərkəzlərinə 3 milyard avro investisiya qoyacaq


“Google” şirkəti yaxın iki il ərzində Avropa məlumat emalı mərkəzlərinin genişləndirilməsinə 3 milyard avro məbləğində investisiya qoymağı planlaşdırır. Bu barədə Finlandiyaya səfəri zamanı şirkətin baş direktoru Sundar Piçai bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, onun sözlərinə görə, bunun sayəsində 2007-ci ildən şirkət tərəfindən Avropa internet infrastrukturuna yatırılan investisiyaların həcmi 15 milyard avroyadək artacaq.
 
Finlandiya baş naziri Antti Rinne “Google” rəhbəri ilə birgə mətbuat konfransında qeyd edib ki, plan Finlandiyanın Hamin şəhərində yerləşən məlumat emalı mərkəzinə əlavə 600 milyon avro investisiya qoyuluşunu nəzərdə tutur. Bunun nəticəsində obyektə yatırılan investisiyaların ümumi həcmi 2 milyard avro təşkil edəcək.
 
Məlumata görə, “Google” bundan əvvəl Hamin şəhərində köhnə kağız emalı zavodunu yenidən quraraq yaratdığı məlumat emalı mərkəzinə 800 milyon avro investisiya qoyub. Mayda şirkət bəyan edib ki, eyni yerdə yeni məlumat emalı mərkəzinin tikintisinə 600 milyon avro investisiya qoyacaq.
 
S.Piçai vurğulayıb ki, bu həftə “Google” dünyada dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirmək üçün daha bir addım ataraq tarixində bərpa edilən korporativ enerji üzrə ən böyük alışını həyata keçirib.
 
Onun sözlərinə görə, istehsal edilən enerjinin təxminən yarısı bərpa olunan enerji mənbələri sahəsində 10 layihənin istifadəyə verilməsi sayəsində Avropada generasiya ediləcək. Bu sazişlər Belçikada dəniz küləyi generatorlarının tikintisi üzrə yeni layihədən tutmuş, Danimarkada günəş enerjisi sahəsində beş layihə və İsveçdə külək enerjisi sahəsində iki layihəyədək Avropa İttifaqının yeni enerji infrastrukturunda dəyəri 1 milyard avrodan çox obyektlərin inşası üçün stimul olacaq.
 
Finlandiyada “Google” ölkədə bərpa olunan enerji mənbələrinin gücünü iki dəfə artırmağa imkan verəcək külək enerjisi sahəsində iki yeni layihəni həyata keçirməyi planlaşdırır.
 
Nizam Nuriyev





23/09/19    Çap et