Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” binalarda quraşdırılmış kompüterlərin 38%-i kiberhücumlara məruz qalır


"Kasperski Laboratoriyası" şirkətinin 2019-cu ilin birinci yarısına olan məlumatına görə, “ağıllı” binaların avtomatlaşdırma sistemlərini idarə etmək üçün istifadə edilən kompüterlərin 37,8%-i zərərverici proqramların hücumuna məruz qalıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, kiberhücumların əksəriyyəti məqsədyönlü xarakter daşımır. Ancaq hətta idarə sistemləri üçün spesifik olmayan zərərverici proqram təminatı avtomatlaşdırma sistemlərinə ciddi təsir edə bilər. Məhz bu sistemlər vasitəsilə lift, ventilyasiya, istilik sistemi, işıqlandırma, elektrik və su təchizatı, videomüşahidə, yanğınsöndürmə siqnalizasiyası, informasiya tablosunun idarəetməsi həyata keçirilir.
 
“Ağıllı” binalarda tədqiq edilmiş qurğuların 26%-nə veb-resurslar üzərindən hücum edilib. Kompüterlərin 10%-i çıxarılıb taxılan daşıyıcılar (fləş kart, kənar sərt disklər və sairə) və elektron poçt vasitəsilə hücuma məruz qalıblar. Daxili şəbəkədə ümumi giriş qovluqları vasitəsilə yoluxma halları az qeydə alınıb.
 
“Ağıllı” binaların avtomatlaşdırma sistemlərinin idarəetməsində iştirak edən kompüterlər əksər hallarda İtaliya (49%), İspaniya (48%), Böyük Britaniya (44%), Çexiya və Rumıniyada (42%) zərərverici proqramların hücumuna məruz qalıb.
 
Emil Hüseynov




23/09/19    Çap et