Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fleşka ölçüsündə kompyuter


Norveçin “FXİ” şirkəti qeyri-adi “Cotton Candy” qurğusunun prototipini təqdim edib. Qurğu xarici görünüşünə görə “USB” fleşkaya oxşayır. Bu barədə “The Verge” məlumat yayıb.

Əslində bu, 1,2 QHz takt tezlikli “Samsung Exynos ARM” prosessoru, dördnüvəli “Mali- 400 MP” qrafik çipi, “microSD” slotu, “HDMİ” konnektoru, “Wi-Fi” və “Bluetooth” modulları ilə təchiz edilmiş kompyuterdir.

Qurğuda proqram platforması kimi “Android 2.3” əməliyyat sistemi istifadə edilib. Qurğunu noutbuk, stolüstü kompyuter və ya televizora qoşmaq olar. “FXİ” şirkətindən qeyd ediblər ki, mini-kompyuterin qiyməti 200 dollardan aşağı olacaq, onun satışları isə 2012-ci ilin ikinci yarısında başlanacaq.




19/11/11    Çap et