Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“8K Ultra HD” standartı rəsmən qəbul edilib


İstehlak Texnologiyaları Assosiasiyası (Consumer Technology Association, CTA) yeni nəsil televizorlar üçün "8K Ultra HD" standartını rəsmən təsdiq edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, yeni formatlı televizorlar üçün müəyyənləşdirilən tələblərə daxildir: aktiv piksellərin sayı 33 milyon, təsvir ölçüsü minimum 7680 × 4320 piksel.
 
Qurğular qeyd edilən təsvir ölçüsünü dəstəkləməklə "HDMI" interfeysi ilə təchiz edilməlidir. Rəng dərinliyi 10 bit təşkil edir.
 
Bundan başqa, təsvirin yenilənməsi tezliyi üçün tələblər müəyyənləşdirilib. Saniyədə 24, 30 və 60 kadrlar rejiminin dəstəklənməsi tələb olunur.
 
Həmçinin yeni nəsil televizorlar SD, HD və 4K formatlı materialların "8K Ultra HD" təsvir ölçüsünə çevrilməsini dəstəkləməlidir.
 
"CTA" təşkilatı, həmçinin "8K Ultra HD" standartlı panellərin loqotipini təqdim edib. İstehsalçılar yeni loqotipdən 1 yanvar 2020-ci il tarixindən etibarən istifadə edə biləcəklər.
 
Qeyd edək ki, "8K" formatlı televizorlar artıq "Samsung", "LG", "Sony" və s. kimi əksər şirkətlər tərəfindən təqdim olunub.
 
Nizam Nuriyev





24/09/19    Çap et