Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Barmağa taxılan mini-kamera
Koreya dizayneri En Su Kim praktik olaraq görünməyən “Air Clicker” kamerasının konseptini yaradıb. O hesab edir ki, müasir qurğular getdikcə miniatürləşir. Kiçik ölçüsünə baxmayaraq, “Air Clicker” foto və video çəkməyə imkan yaradır. Bu barədə “Yanko Design” nəşri yazıb.
“Air Clicker” kamerası faktiki olaraq 2 hissədən ibarətdir. 1-ci hissə obyektivdən ibarətdir və baş barmağa taxılır. 2-ci hissə isə şəhadət barmağının vəziyyətini izləyən tənzimçi ilə təchiz edilib. Çaxmağın işə salınması üçün barmaqla adət edilmiş hərəkəti etmək kifayətdir. Videonun çəkiliş rejimi də eyni prinsip üzrə işləyir.
19/11/11 Çap et