Şimali Koreya 290 dollar məbləğində öz smartfonunu təqdim edib
Şimali Koreya 15-ci Pxenyan beynəlxalq payız malları sərgisi çərçivəsində "Pxurın xanıl" ("Mavi səma") adlı qabaqcıl smartfonunu təqdim edib. Cihaz FHD+ formatlı displey və 4 kamera ilə təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
hi-tech.mail.ru" saytına istinadən yazır ki, 6 düymlük ekranın təsvir ölçüsü 1080x2160 nöqtə təşkil edir. Əsas kameranın dörd modulundan biri 16 meqapiksellik sensorla təchiz edilib. 64 QB-lıq daxili yaddaş quraşdırılıb.
Cihazın arxa panelində kameranın yaxınlığında barmaq izləri skaneri quraşdırılıb. Həmçinin qurğuda sifətin tanınması vasitəsilə blokdan çıxarma funksiyası əlçatandır.
Ekran hissəsində düymələr yoxdur: idarəetmə jestlər vasitəsilə həyata keçirilir.
Smartfonun dəyəri 290 dollar təşkil edir ki, bu, hətta Şimali Koreyanın zəngin sakinləri üçün yüksək qiymətdir.
Emil Hüseynov