Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni 500 meqapikselli kamera sərhədlərin mühafizəsində istifadə ediləcək


Şanxayın Fudan Universiteti və Çin Milli Elmlər Akademiyası nəzdində Optika, Dəqiq Mexanika və Fizika İnstitutunun alimləri kütlə içində panoramlı şəkillər çəkərək insanların şəxsiyyətini müəyyənləşdirməyə imkan verən 500 meqapiksel təsvir ölçülü kamera hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra www.ferra.ru” resursuna istinadən yazır ki, məlumata görə, kamera bütün insanların sifətinin göründüyü yüksəkkeyfiyyətli panoramlı şəkillər çəkir. Sistemin insanlar haqqında məlumatları “bulud” saxlancına göndərməsi sayəsində konkret hədəfi tez müəyyənləşdirmək mümkün olacaq.
 
Kameradan hərbi bazalarda, peyklərin buraxılışı üçün meydançalarda, eləcə də sərhədlərin mühafizəsində istifadə planlaşdırılır.
 
Lakin yeni ixtira ekspertlər tərəfindən mənfi qiymətləndirilib. Onların fikrincə, texnologiya dövlətə şəxsi həyatın toxunulmazlıq hüququnu pozmağa kömək edəcək.
 
Nizam Nuriyev





01/10/19    Çap et