Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SpaceX” şirkəti Marsa uçuşlar üçün raket təqdim edib


“SpaceX” şirkətinin sahibi İlon Mask Ay və ya Marsa və əks istiqamətdə ekipaj və yüklərin çatdırılması üçün nəzərdə tutulan “Starship” kosmik gəmisini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv www.naukatv.ru” resursuna istinadən yazır ki, Texas ştatının cənubunda yerləşən “SpaceX” kosmodromundan canlı yayımda şirkət təsisçisi bildirib ki, kosmik gəmi əvvəlcə təxminən 20 km hündürlüyə qalxaraq kosmosda 1-2 ay qalacaq və sonra Yerə dönəcək. İ.Maskın sözlərinə görə, kosmik səyahətlərin həyat qabiliyyətliliyi üçün kosmik gəmilərdən təkrar istifadə imkanı böyük əhəmiyyətə malikdir.
 
Şirkət yaradıcısının planına görə, 2025-ci ildə Marsa pilotlu missiya göndəriləcək. Yüz nəfərədək sərnişin tutumuna malik aparatın göyərtəsində 150 ton yük daşımaq mümkün olacaq. Bu, Ay və Marsda şəhərlər salmağa imkan verəcək.
 
“Starship” kosmik gəmisinin ilk sınaqlarının yaxın aylarda keçirilməsi nəzərdə tutulur.
 
Nizam Nuriyev







01/10/19    Çap et