Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ilin ən pis şifrələri


“SplashData” şirkəti 25 şifrədən ibarət siyahı dərc edib. Bu siyahıdakı şifrələr 2011-ci ildə hakerlər tərəfindən asanlıqla və daha tez “sındırılıb”.

Təəccüblü deyil ki, ən pis şifrələr reytinqinə "password" sözü başçılıq edib, sonra "123456" və "12345678" şifrələri gəlirlər. Reytinqdə dördüncü yerdə "qwerty" şifrəsi yerləşib, “PCWorld” xəbər verib. Siyahıda, əlbəttə ki, "111111", "123123", "654321", "iloveyou" və hətta "superman" kimi şifrələr də var.

“SplashData” mütəxəssisləri hərf, rəqəm və simvollardan ibarət olan daha mürəkkəb şifrələr fikirləşməyi, həmçinin müxtəlif resurslar üçün eyni şifrədən istifadə etməməyi məsləhət görürlər.




21/11/11    Çap et