Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki ekranla təchiz edilən “Microsoft Surface Duo” smartfonu təqdim edilib


"Microsoft" korporasiyası qatlanan iki ekranla təchiz edilən "Surface Duo" adlı yeni smartfon nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru www.news.ru" resursuna istinadən yazır ki, açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır.
 
Məlumata görə, smartfon mövcud formaya uyğunlaşan "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.
 
"Microsoft Surface Duo" modeli birkristallı "Snapdragon 855" sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.  
 
Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev






03/10/19    Çap et