Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur ödəniş sistemləri “Facebook” kriptovalyutasının yaradılmasında iştirakdan imtina edirlər


“Visa Inc”, “Mastercard Inc” və “Facebook” şirkətinin digər maliyyə tərəfdaşları ABŞ və Avropa tərəfindən tənqidlər fonunda “Libra” kriptovalyutasının yaradılması layihəsində iştirakla bağlı məsələni yenidən nəzərdən keçirirlər. Bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Interfax www.interfax.ru” resursuna istinadən yazır ki, məlumata görə, “Facebook” şirkəti tərəfindən yaradılan “Libra Association” koalisiyasına daxil olan bir neçə şirkətin rəhbərləri layihəni tənzimləyici orqanların diqqətini cəlb etməmək üçün açıq şəkildə dəstəkləməkdən imtina edirlər.
 
İyunda “Facebook” şirkəti 2020-ci ildə dövriyyəyə “Libra” adlı kriptovalyuta buraxacağını açıqlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, rəqəmli valyutanı köçürmək telefona mətnli məlumat göndərmək kimi sadə olacaq. Yeni valyuta blokçeyn texnologiyası – informasiya saxlayan qurğuları ümumi serverə qoşulmayan desentralizasiya olunmuş məlumat bazası əsasında işləyəcək.
 
Bir sıra iri şirkətlər, o cümlədən “Visa”, “Mastercard”, “PayPal” və “Uber” yeni “Libra” kriptovalyutasının idarəetməsini həyata keçirəcək konsorsiumun yaradılmasına hərəyə 10 milyon dollar yatırmaq niyyətindədir. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp daxil olmaqla müxtəlif ölkələrin və milli bankların bir sıra rəsmi nümayəndələri belə maliyyə əməliyyatı formasının cinayətkarlığa yol aça bilməsi ilə bağlı narahatlığını ifadə edib.
 
Nizam Nuriyev 





05/10/19    Çap et