Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sərt disklərin qiyməti bahalaşmağa başlayıb
Malların qiymət müqayisəsində ixtisaslaşmış Amerikanın ən böyük portalı “Camelegg.com”-un təqdim etdiyi məlumatlara əsasən, sərt disklər bahalaşmağa başlayıb. Sərt disklərin bahalaşmasına Taylandda baş vermiş daşqın səbəb olub.
“Camelegg.com” portalının məlumatına əsasən, “Seagate Barracuda 1TB 7200 RPM” (ST310000524AS modeli) sərt diskinin qiyməti hal-hazırda 149,99 dollar təşkil edir, halbuki 2 həftə əvvəl onun qiyməti 49,99 dollar idi. Digər məşhur model – “Western Digital 1TB 7200 RPM” (RE4 WD1003FBYX modeli) diskinin qiyməti 249.99 dollardır, əvvəlki qiyməti isə 107.99 dollar təşkil edib.
"Sərt disk istehsalının əvvəlki vəziyyətini nə zaman bərpa edəcəyini müəyyən etmək hələlik mümkün deyil" – “İDC” analitik şirkətindən qeyd ediblər. Analitiklər bildiriblər ki, sərt disk çatışmazlığı ən pis halda, 2012-ci ilin ilk rübündə təxminən 20%, ikinci rübdə isə 40% təşkil edəcək.
“Piper Jaffray” şirkətinin analitiklərinin fikrincə, sərt disklər bazarında defisit yalnız güclənəcək və yaxın 2 ayda bu seqmentdə ciddi problemlər yarana bilər. "Artıq anbarlarda sərt disklərin mövcudluğu problemdir" - “Piper Jaffray” şirkətinin analitiki Qus Riçard qeyd edib.
Onun sözlərinə görə, sərt disk bazarındakı problemlərin əsas səbəbi Taylandda baş vermiş daşqındır. Belə ki, sərt disklərin yarıdan çoxu Taylandda istehsal edilir.
21/11/11 Çap et