Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayandıracaq, bu sistem üçün sonuncu yeniləmə 2020-ci il yanvarın 14-də çıxarılacaq. “Webroot” şirkətindən olan tədqiqatçıların sözlərinə görə, 2018-ci illə müqayisədə “Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71% artıb. Ümumilikdə “Windows 7” əməliyyat sistemindən istifadə edən kompüterlər “Windows 10” sistemi ilə işləyən kompüterlərlə müqayisədə 2 dəfə daha çox hücuma məruz qalır.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Windows 7” sisteminin idarəetməsi altında işləyən ev fərdi kompüterinin istifadəçilərinin hücum riskinə məruz qalma ehtimalı daha çoxdur, çünki yoluxma hallarının 64%-i bu qurğulara hədəflənib.
Məlumat üçün bildirək ki, dünyada mövcud olan kompüterlərin təxminən 30%-i əvvəlki kimi “Windows 7” sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov