Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün yeni viruslar “Android” əməliyyat sisteminə istiqamətlənib


McAfee” antivirus şirkətinin mütəxəssisləri tərəfindən 2011-ci ilin III rübünün nəticəsinə görə dərc edilmiş yeni tədqiqat hesabatının məlumatlarına əsasən, “Android” əməliyyat sistemi ilə işləyən qurğular üçün təhlükələrin sayı sürətlə artmağa davam edir.

Ekspertlər qeyd ediblər ki, “Android” əməliyyat sisteminə istiqamətlənmiş ziyanvericilərin sayı əvvəlki rüblə müqayisədə 37% artıb. Qeyd edək ki, 3-cü rübdə mobil qurğular üçün hazırlanmış bütün yeni viruslar məhz “Google” platforması - “Android” əməliyyat sisteminə hücum üçün nəzərdə tutulub.




21/11/11    Çap et