Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon” ikinci nəsil “Kindle Fire” planşetləri hazırlayır
“Amazon” internet mağazası 2012-ci ildə “Kindle Fire” planşet kompyuterinin daha bir modelini istehsal etməyi planlaşdırır, elektronika tədarükçülərindən alınmış informasiyaya istinadən veb-mənbələr bildirib.
Təxminən 200 dollar qiymətinə təklif edilən indiki “Kindle Fire” planşeti 1 QHz takt tezlikli ikinüvəli “TI OMAP4” prosessoru, 1024×600 piksel kəskinlikli 7 düymlü sensor ekran, 8 Qb fləş yaddaş, “Wi-Fi” simsiz rabitə adapteri, “USB 2.0” portu ilə təchiz edilib.
“Amazon” şirkətinin 8,9 düymlü sensor ekranla təchiz edilmiş “Kindle Fire” versiyasını hazırladığı bildirilir. Qurğunun istehsalı ilə guya 2012-ci ilin ikinci rübünün ortasında “Foxconn” şirkəti məşğul olacaq.
Qurğuda proqram platforması rolu kimi, ehtimal ki, “Android” əməliyyat sistemi istifadə ediləcək. İlkin hesablamalara əsasən, 2011-ci ildə təxminən 63,6 milyon planşet satılacaq. Əgər belə olsa, 2010-cu il illə müqayisədə artım 261,4% təşkil edəcək.
21/11/11 Çap et