“PrinCube” adlı əl printerinin çəkisi 110 qr-dır. Ənənəvi printerlərdən fərqli olaraq bu cihazla nəyisə çap etmək üçün onu səthin üzərisi ilə əllə hərəkət etdirmək lazımdır. Sözügedən printer öz arxasınca müxtəlif rəngli mürəkkəblərdən ibarət iz saxlayır.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “PrinCube” adi sənədlərin çap edilməsi üçün uyğun deyil, onu müxtəlif səthlərin üzərində şəkil və yazıların çəkilməsi üçün istifadə etmək olar. Bu, kağız, taxta masa, parça, qutu hədiyyəsi, noutbukun qapağı və hətta insan dərisi ola bilər. Əl printeri öz işində xüsusi kartriclərdən istifadə edir, amma həmin kartriclərin daxilində 4 rəng üzrə mürəkkəb var.
Mətn və ya şəkillər kompüter və ya smartfon üzərindən “Wi-Fi” vasitəsilə printerə yüklənilir. Çap üçün yaddaşda 20-dək fayl saxlanılır. “PrinCube” printerinin avtonom işləmə müddəti 6 saatdır.
“PrinCube” printerinin ilkin sifariş qiyməti 99 dollar təşkil edir. Kartricləri ayrı almaq lazımdır, ən sadəsinin qiyməti 29 dollar təşkil edir.
Emil Hüseynov