Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır


“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini dərc edib. 2019-cu ilin birinci yarısında istehlak qurğularının tədarükü 2018-ci ilin müvafiq dövrü ilə eyni səviyyədə qalıb, sənaye, dizayner və peşəkar avadanlıq seqmentlərində isə müvafiq olaraq 14%, 13% və 15%-lik artım qeydə alınıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, istehlak məhsullarına qiyməti 2500 dollaradək olan modellər aiddir. “Context”in məlumatına görə, bu seqment 6 rüb ardıcıl azalır. Məsələn, 2019-cu ilin aprel-iyun aylarında azalma 10% səviyyəsində olub. Bu səbəbdən istehsalçılar biznes həllərinə üstünlük verməyə başlayıblar.

 

Son 1 ildə 2500-20000 dollar qiymət diapazonunda olan 3D printerlərin tədarük həcmi say baxımından 8%, pul baxımından isə 37% artıb.

 

2019-cu ilin ikinci rübündə qiyməti 100 min dollardan yuxarı olan avadanlığın istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb.

 

“Technavio Research” tədqiqat şirkətinin proqnozuna əsasən, qlobal 3D-printer bazarının həcmi 37% artaraq 2022-ci ildə 7 milyard dolları ötəcək.

 

Emil Hüseynov






21/10/19    Çap et